Deputat icra başçılarının əməllərindən danışdı: “Bunun bir yolu var...”

GÜNDƏM 23 iyun 2025, 18:00
“Azərbaycanda hər bir vətəndaş qanun qarşısında cavabdehdir və qanunsuz əməllərə yol verənlər görə haqlı olaraq cəzalarını alırlar. Bu qanunsuzluqları ancaq icra hakimiyyətində işləyənlərin adına yazmaq olmaz, ümumiləşdirmək düzgün deyil. Çünki bütün ölkələrdə belə hallar baş verir, dövlət orqanlarında çalışanlar müəyyən formada qanunsuz əməllərə əl atırlar”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, son dövrlərdə nəinki icra başçıları, ayrı-ayrı sahələrdə qanunsuzluğa yol verənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar və lazımlı cəzalarını alıblar:

“Bunun qarşısının alınmasının bir yolu var, tapşırılan vəzifələrə məsuliyyətlə yanaşmaq, qanunların aliliyinə riayət etmək, tamah dişini çəkmək və insanlarla sağlam münasibətdə olmaq. Bu gün Azərbaycanda vəzifəsini ləyaqətlə yerinə yetirən, dövlətə sədaqətlə xidmət edən məmurlar çoxdur, onların arasında icra başçıları var. 
Ona görə də icra hakimiyyətlərinin ləğv olunması, onların hamısına bir gözlə baxılması düzgün deyil. Düşünürəm ki, bu, cəmiyyətə faydalı olmaz”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top