Turist döyməsinə görə Dubaydan deportasiya edilib

DÜNYA 23 iyun 2025, 18:17
Britaniyalı turist üz döymələrinə görə Dubaydan deportasiya edilib.

Demokrat.az xəbər verir ki, turist Jordan Howman tətil üçün həyat yoldaşı Tereza və qızı Kayra ilə Birləşmiş Ərəb Əmirliklərinə uçub. Dubay Beynəlxalq Hava Limanında immiqrasiyadan keçərkən britaniyalı işçilər tərəfindən saxlanılıb və ayrı otağa keçməsi xahiş olunub. Altı saatlıq gecikmədən sonra ona xarici görünüşünə, o cümlədən üzündəki döymələrə görə ölkəyə buraxılmadığı bildirilib.

Howmanın sözlərinə görə, bu döymələr əvvəllər ölkəyə səfər edərkən heç bir problem yaratmayıb.

Bildirilib ki, BƏƏ qaydalarında yerli əxlaq normalarını poza biləcək əcnəbilərin ölkəyə girişindən imtina etmək hüququ var.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top