İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi ölüb.
Demokrat.az xəbər verir ki, iyunun 17-də oğlu tərəfindən bıçaqlanan Talıstan kənd sakini, 1968-cı il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
B.Əzizov dünən axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, iyunun 17-də İsmayıllı rayonunun Talıstan kəndi ərazisində kənd sakini, 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov sərxoş vəziyyətdə olan atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayıb. O, atasına qarın və boğaz nahiyəsindən iki zərbə endirib. (Oxu.az)