AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

BİZNES 23 iyun 2025, 10:06
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

Demokrat.az AZAL-a istinadən xəbər verir ki, ilk aviareys avqustun 2-də həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 13:00
23 iyun 2025, 12:52
Top