
Tenderin predmeti: Ağır, xüsusi texnikaların icarəsi və ölkə daxili daşımalar üzrə xidmətlərin alınması
Tender 2 lot üzrə keçirilir:
Tender iştirakçıları “Açıq tender”də iştirak etmək niyyəti barədə müraciəti “Baku Steel Company” QSC-nin müvafiq e-poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş ofisinə (Nərimanov rayonu, Mir Cəlal küç., 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar aşağıda qeyd olunmuş ilkin sənədləri 08 iyul 2025-ci il saat 18:00-a qədər “PDF”, “Kommersiya təklifi” sənədini isə 15 iyul 2025-ci il saat 18:00-a qədər şifrələnmiş “Excel” fayl formatında tender@bakusteel.com e-poçt ünvanına göndərməlidirlər.
İlkin sənədlər:
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan BSC tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.
Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.
Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan BSC-nin vəzifəli şəxsi Əbdülrəhman Adıgözəlov
E-poçt: a.adigozalov@bakusteel.com
Əlaqə telefonu: (+994 50) 300 75 75; (+99412) 490 08 00 (daxili 7001)
Tender 2 lot üzrə keçirilir:
- Lot 1. Müxtəlif növ ağır və xüsusi texnikalar üzrə xidmətin alınması
- Lot 2. Ölkədaxili daşımalar üzrə xidmətin alınması
Tender iştirakçıları “Açıq tender”də iştirak etmək niyyəti barədə müraciəti “Baku Steel Company” QSC-nin müvafiq e-poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş ofisinə (Nərimanov rayonu, Mir Cəlal küç., 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar aşağıda qeyd olunmuş ilkin sənədləri 08 iyul 2025-ci il saat 18:00-a qədər “PDF”, “Kommersiya təklifi” sənədini isə 15 iyul 2025-ci il saat 18:00-a qədər şifrələnmiş “Excel” fayl formatında tender@bakusteel.com e-poçt ünvanına göndərməlidirlər.
İlkin sənədlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (surəti);
- İddiaçı qeyri-rezident olduğu halda, qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);
- Bu PQQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi (mütləqdir).
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan BSC tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.
Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.
Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan BSC-nin vəzifəli şəxsi
E-poçt: a.adigozalov@bakusteel.com
Əlaqə telefonu: (+994 50) 300 75 75; (+99412) 490 08 00 (daxili 7001)