Xəzər regionu üçün nüvə təhlükəsi var: Zaxarova nə demək istədi ? — AÇIQLAMA

GÜNDƏM 23 iyun 2025, 14:01
"Nüvə müharibəsi və partlayışı eyni anlayışlardır. Hər ikisi insanlığa və dünyaya təhlükə yaradır. Hazırda hadisələr bizim regionumuzda baş verir. Hər birimiz bu mövzuda narahatıq. Maria Zaxarovanın deyib-deməməsindən asılı olmayaraq İranın nüvə obyektlərinin bombalanması o deməkdir ki, Xəzər regionu üçün təhlükə yaranıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib. 



"Dünya Nüvə Agentliyi hələlik təhlükə olmadığını bildirsə də, region üçün hər mənada təhlükə yaranıb. Nüvə partlayışı qaçqın axını yarada bilər. Nüvə partlayışı radiasiya təhlükəsi, müharibə insan itkisi deməkdir. Qonşuda narahatlıq varsa, bu, bizim üçün də keçərlidir. Blokada şəraiti yarana, səfalət baş verə bilər. Ümid edirəm ki, tezliklə məsələ masada həll olunacaq".

Qeyd edək ki, Rusiya XİN sözçüsü Maria Zaxarova bir neçə gün öncə mətbuata açıqlamasında bildirdi ki, Xəzər regionu üçün nüvə təhlükəsi mövcuddur.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top