Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb

GÜNDƏM 23 iyun 2025, 11:44
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun bacısı Dilarə Əliyeva "Report"a bildirib ki, qardaşı hələ də reanimasiyadadır və qarşıdakı 72 saat önəmlidir.

Onun sözlərinə görə, qardaşına anevrizma diaqnozu qoyulub:

"Xəstə 72 saatlıq mərhələni keçməlidir. Həkimlər mümkün müdaxilələri edirlər. Orqanizmdə bir-birindən xəbərsiz fazalar var. Bədənin necə reaksiya verəcəyi dəqiq bilinmir. Ümid edirik ki, bu önəmli zamanı da keçirər. Bundan sonra da bir həftə xüsusi həkim nəzarətində olmalıdır. Həkimlər mümkün hər şeyi edirlər. Bizə isə dua etmək qalır".

Qeyd edək ki, aktyor iyulun 19-da Sumqayıtda xəstəxanaya müraciət edib. Həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 13:00
23 iyun 2025, 12:52
Top