Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları Sinqapurda beynəlxalq sammitdə — FOTOLAR

SOSİAL 23 iyun 2025, 11:14
Sinqapurda Beynəlxalq Su Həftəsi sammiti başlayıb. 25 iyun tarixinədək davam edəcək tədbir “Daşqına Davamlı Şəhərlər – İqlim Dəyişikliyinə Uyğunlaşma” mövzusuna həsr olunub.

Məqsəd şəhərlərin daşqınlara və ekstremal hava hadisələrinə hansı dərəcədə hazır olduqlarını müəyyənləşdirmək, dayanıqlığa nail olma istiqamətləri ətrafında müzakirələr açmaq, təcrübə mübadiləsi aparmaq, şəhərlərin, kommunal xidmətlərin, sənaye sahələrinə cavabdeh şəxslərin bir araya gətirməkdir. 

3 gün davam edəcək sammitdə yüksək səviyyəli panellər, tematik forumlar, iqlimə uyğunlaşma həlləri üçün sərgi və texniki baxışlar da təşkil olunacaq. 

Beynəlxalq Hidro-Ətraf Mühit Mühəndisliyi və Tədqiqatları Assosiasiyasının 41-ci Ümumdünya Konqresi ilə birgə keçirilən bu tədbirdə 250-yə yaxın ekspertin və dünyanın 40-dan çox şəhərinin iştirakı gözlənilir.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Elektromexanika şöbəsinin müdiri Vüqar Hacıyev, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elçin Məmmədov, Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin baş mühəndisi Babək Məmmədov iştirak edir.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top