Hacıqabulda Dövlət Qulluqçularının Peşə bayramı qeyd olundu — FOTOLAR

SOSİAL 23 iyun 2025, 12:00
23 iyun 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı” günü münasibəti ilə tədbir keçirilib.

Demokrat.az
xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildirdilər. Tədbir daha sonra rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlayıb. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət, dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunması  bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürüdür.

Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusu rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.







































 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top