Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə deyib ki, sertifikasiya imtahanları müəllimlər arasında sağlam rəqabət yaradır. 10 il sonra məktəblərdə sertifikasiyadan keçmiş yüksək bilikli müəllimlər işləyəcək.
Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib ki, belə çıxır ki, sağlam rəqabətin formalaşması üçün biz daha 10 il gözləməliyik:
“Bu da onu göstərir ki, Azərbaycan təhsili hazırda elə bərbad vəziyyətdədir ki, son illərdə həyata keçirilən səriştəsiz və nəticəsiz idarəçiliyin zərbələrini hələ uzun illər boyu hiss edəcəyik. Strateji baxımdan bu gün hansı real addımlar atılır? 10 il üçün nəzərdə tutulan hansı proqramlar mövcuddur? Bugünkü vəziyyətdə hüquqi-normativ baza zəifdir, təhsil müəssisələrində tərbiyə sistemi demək olar ki, tamamilə sıradan çıxıb. Məktəblər hazırda zavod-fabrika prinsipi ilə idarə olunur təhsilin məqsədi, mahiyyəti isə tam itib”.
Ekspert əlavə edib ki, Azərbaycan təhsili illərdir yalnız imtahanlar, layihələr və təlimlərlə məşğuldur:
“Bu yanaşma isə nə strateji təhlil, nə də real nəticə ortaya qoyur. İctimaiyyət və təhsil ictimaiyyəti artıq anlayır ki, vəziyyət böhrandadır. Təhsil sistemi çıxılmaz labirintə salınıb. Burada islahat yalnız sistemli yanaşma və mövcud duruma səbəb olan idarəçilərin uzaqlaşdırılması ilə mümkündür. Bu gün baş verənlərin acı nəticələrini isə biz təkcə bu gün deyil, növbəti 10 illiklərdə də hiss edəcəyik. Təəssüf ki, artıq inam və ümid tükənmək üzrədir. Amma hələ də gerçək dəyişikliklər üçün fürsət var yetər ki, səmimi siyasi iradə və təhsilə dəyər verən peşəkar yanaşma olsun”.
Leyla Turan
Demokrat.az