TƏBİB-dən AÇIQLAMA: "Bu dərmanların təminatına yenidən baxılacaq"

GÜNDƏM 23 iyun 2025, 15:53
Bəzi xəstəliklərdən əziyyət çəkən insanların sağalması mümkün olmadığı üçün həmin xəstələrə dərman peraparatları dövlət tərəfindən ödənişsiz verilir. Serebral iflic və epilepsiya bu xəstəliklər arasındadır. Hər gün qəbul olunması vacib olan bu dərmanlar dövlət tərəfindən təmin edilməsə vətəndaşa əlavə yük olur. Son zamanlar serebral iflic və epilepsiya xəstəliyində dərman təminatı ilə bağlı vətəndaşlar problem yaşayırlar. 

Problem ilə bağlı Demokrat.az TƏBİB-ə sorğu ünvanlayıb. 

Verilən rəsmi açıqlamada bildirilir ki, əlilliyi təyin edilən imtiyazlı şəxslərin dərmanla təmin edilməsilə bağlı mütəmadi olaraq zəruri addımlar atılır:

"Tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. 

Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 19:15
Top