Xəbəri olmadan pay torpağı başqasının adına satıldı... — VİDEO

SOSİAL 23 iyun 2025, 09:57
Vətəndaş ona məxsus olan pay torpağının xəbəri olmadan başqasına satıldığını iddia edir.

"Xəzər Xəbər"ə müraciət edən Tovuz rayonunun Əyyublu kənd sakini Mehdi Qasımov bildirir ki, atası - Böyük Vətən Müharibəsi iştirakçısı, II qrup əlil mərhum İsrafil Qasımova 65 sot pay torpağı verilib. 

Şəxsin öz torpağı əkin üçün yararsız olduğu üçün o vaxtkı islahat kommissiyasının müvafiq aktı ilə həmin dövrdə üzümçülük sovxozunun balansında olan sözügedən torpaqla əvəzlənib. 22 il bu torpağı əkib-becərdiyini deyən Mehdi Qasımov vərəsəlik aldıqdan sonra torpağı özəlləşdirmək istəyib.

Onun sözlərinə görə, bir müddətdən sonra bəlli olub ki, sözügedən torpaq sahəsi artıq satılıb və başqa şəxsin mülküyyətinə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 13:00
23 iyun 2025, 12:52
Top