Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir

GÜNDƏM 23 iyun 2025, 16:51
"Bələdiyyələr əvvəllər hərrac vasitəsilə torpaq satışını həyata keçirirdilər. Hərracda  bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bazar dəyəri müəyyən olunurdu. Bələdiyyələr özləri bu səlahiyyəti həyata keçirirdilər.  "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun qəbulundan  və "Bələdiyyə torpaqları haqqında" müvafiq qanuna əlavə dəyişikliklər ediləndən sonra bələdiyyə torpaqları yalnız Qiymətləndirmə Palatasının üzvü olan şirkətlər və yaxud da fiziki şəxslər tərəfindən qiymətləndirildikdən sonra vətəndaşa satıla bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

O bildirib ki, prosesə start verilib, ölkənin bütün bələdiyyələrində hal-hazırda alqı-satqı prosesi gedir:

"Alqı-satqı təbii ki, qiymətləndirici şirkətin və yaxud fiziki şəxsin qiymətləndirməsinə əsasən torpağın bazar dəyərinin müəyyən edilməsi ilə başlayır. Vətəndaş bələdiyyəyə müraciət edir, bələdiyyə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq sənədləri tələb etdikdən sonra bu barədə qərar verir. Bələdiyyənin qərarından sonra bələdiyyə rəhbərliyi qiymətləndirmə şirkətinə müraciət edir. Qiymətləndirmə şirkəti həmin ərazidə torpaq sahəsinin dəyərini müəyyən edir və qiymətləndirmə hesabatında göstərilən dəyərə uyğun olaraq alqı-satqı prosesi həyata keçirilir.Qiymət son 6 ay ərzində hərracda müəyyən edilən qiymətdən aşağı ola bilməz. Eyni zamanda torpaq sahəsinin bazar dəyəri sırf bazar məlumatları əsasında, beynəlxalq və milli qiymətləndirmə standartlarına və prosedurlarına uyğun şəkildə müəyyən olunmalıdır.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top