Elarizin qızı ifadə verəcək — MƏHKƏMƏ

KRİMİNAL 23 iyun 2025, 16:22
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi sual cavabdan ibarət olub. O, ifadəsində göstərib ki, gəlir əldə etdiyi pulları şərikləri ilə bölüşdürülüb. 

Onun sözlərinə görə, zərərçəkmiş Babək Məmmədzadə yə gəliri 2-3 faizini ödəyib: "Babək Məmmədzadə onun yatırım etməsini heç kimin bilməməsini istəyib. Əldə olunan gəlirdən Babəkə çatanı verib". 

Onun sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləməyib. 

Təqsirləndirlilən şəxs istintaq zamanı verdiyi ifadəsinə imza etməkdən imtina edib. Buna görə də imza etməyib. Qeyd edib ki, belə bir ifadə verməyib: "Məndən söhbət zamanı bankda dövrüyyədə olan gəliri ilə bağlı soruşulub. Məndə ona izah etmişəm. Lakin həmin sözləri də ifadə kimi işə əlavə ediblər".

Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. 

Təqsirləndirilən şəxsin vəkili deyib ki, Babək Məmmədzadə ilə bağlı hissədə ittihamdan1 milyon 700 min yazılıb. Lakin izahatfa 1 milyon 300 min manat yazılıb. Vəkil bildirib ki, bu ziddiyyətlər istintaq tərəfindən araşdırılmayıb. 

Daha sonra bank hesabları barədə arayışlar və digər sənədlər açıqlanıb. Banklardan alınan sorğuların cavabları elan olunub. 

Təqsirləndirilən şəxs Zeynal Usubovdan pul almasını etiraf etməyib. Lakin Zeynal Usubov ona pul verdiyini deyib. 

Daşınmaz əmlakdan əldə olunan sorğunun cavabından  məlum  olub ki, həm təqsirləndirilən şəxsin, həm də onun həyat yoldaşının adına daşınan və ya daşınmayan əmlak olmayıb. 

Təqsirləndirilən şəxsin vəkili müvəkkilin həyat yoldaşı Günel Alişanın əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. 

Bundan başqa hakim bildirib ki, növbəti iclaslarda zərərçəkmiş Babək Məmmədzadə çağırılacaq. 

Növbəti proses iyunun 30-da davam edəcək. 

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top