İsrail müharibəni dayandırır — ABŞ İrana mesaj göndərdi

DÜNYA 23 iyun 2025, 16:35
“İsrail yaxın günlərdə İrana qarşı hərbi kampaniyasını başa çatdırmağa çalışır”. AzPost xəbər verir ki, bu barədə  The Wall Street Journal ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail rəsmiləri hədəflər siyahısını tamamlamağa yaxın olduqlarına inanır və ümid edirlər ki, bu, döyüşlərin dayandırılması üçün zəmin yaradacaq.

ABŞ region ölkələri vasitəsilə İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb. İsraildə media da hazırkı münaqişəyə son qoymağa hazır olduğunu yayımlayıb.

Ərəb rəsmilərinin sözlərinə görə, ABŞ onlardan İsrailin gərginliyi azaltmaq istədiyini İrana çatdırmağı xahiş edib.

Lakin İran indiyə qədər ABŞ-nin hücumlarına cavab vermək zərurətini əsas gətirərək dayanmağa hazır olmadığını bildirib.

İsrail İrana rəsmi mesaj göndərərək Təl-Əvivin müharibəni bitirmək istədiyini bildirib.  İran isə cavabında müharibəyə son qoymaq vaxtının hələ çatmadığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top