İki ölkənin əməkdaşlıq imkanları yüksəkdir — Politoloq

GÜNDƏM 23 iyun 2025, 16:27
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, yaxın dövrdə Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı istiqamətində müsbət xəbərlər olacaq. 

Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Fərid Şəfiyevin verdiyi son açıqlamada Azərbaycan və Türkmənistan arasında gələcək əməkdaşlıq imkanları 3 əsas istiqamət üzrə təhlil oluna bilər:

“Hər üç sahə iki ölkənin regional və beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, enerji və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyır. Ən mühüm istiqamətlərdən biri Transxəzər qaz boru kəməri layihəsidir. Bu layihə Türkmən qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə TAP və TANAP boru kəmərləri ilə Avropaya nəqlini nəzərdə tutur. Eyni zamanda, Türkmənistanın beynəlxalq enerji bazarında nüfuzu güclənir. İkinci əsas istiqamət Orta Dəhliz layihəsi çərçivəsində razılaşmaların əldə olunmasıdır. Bu konteksdə Xəzər dənizindəki limanlar əsasən Bakı və Türkmənbaşı limanları arasında əməkdaşlığın gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və logistika infrastrukturunun inteqrasiyası nəzərdə tutulur. Bu, həm regionun ticarət həcminin artmasına, həm də nəqliyyat marşrutlarının dayanıqlığına töhfə verəcək. Üçüncü mühüm sahə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Türkmənistan bu təşkilatda təmsil olunan mühüm dövlətlərdən biridir. Təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında inteqrasiyanı sürətləndirə, regional siyasi-iqtisadi güc mərkəzi formalaşdıra bilər. Bu əməkdaşlıq, həmçinin diplomatik dəstək və birgə iqtisadi təşəbbüslərlə daha da güclənə bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 19:15
Top