Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz.
İqtisadçı-ekspert Razi Abbasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində, xüsusilə Avropa İttifaqı ölkələrində qaz təminatı sistemində paketli xidmət modelləri tətbiq olunur:
“Bu paketlər vətəndaşlara 3 aylıq, 6 aylıq və ya 1 illik müqavilə əsasında qaz istifadə etmək imkanı verir. İstehlakçılar istifadə ehtiyaclarına uyğun olaraq paketləri seçə və istədikləri vaxt bu paketlərdən çıxmaq hüququna sahib olurlar. Avropada belə modellər daha çox vətəndaşların gəlir səviyyəsinin yüksəkliyi, bazarın liberallaşması və enerji şirkətləri arasında rəqabət imkanlarının mövcudluğu sayəsində mümkün olur. Məsələn, limitsiz qaz paketləri üçün 1 kub metr qazın orta qiyməti 0,40 avro civarındadır. Lakin qaz, neft və elektrik enerjisi istehsalçısı və ixracatçısı olan ölkələrdə Türkmənistan, İran, Rusiya kimi bu praktika geniş tətbiq olunmur”.
İqtisadçı əlavə edib ki, qiymətlər daha simvolik səviyyədə saxlanılır:
“Bu ölkələrdə ya limitsiz istifadə mövcuddur, ya da əyalətlər üzrə xüsusi güzəştlər nəzərdə tutulur. Azərbaycan üçün isə bu modellərin tam şəkildə tətbiqi sosial və iqtisadi baxımdan müəyyən risklər yarada bilər. Minimum əməkhaqqı, orta aylıq gəlir və işsizlik səviyyəsi kimi göstəricilər Avropa ilə müqayisədə aşağı olduğu üçün, limitsiz və ödənişli qaz paketlərinin icbari tətbiqi vətəndaşlar üçün əlavə maliyyə yükünə çevrilə bilər. Buna görə də bu cür model tətbiq olunarsa, xüsusilə az təminatlı ailələr, əlillər, şəhid ailələri və digər həssas sosial qruplar üçün əlavə güzəştli və limitsiz paketlərin mövcudluğu vacibdir. Bu yanaşma həm sosial ədalətin qorunmasına, həm də enerji islahatlarının daha dayanıqlı şəkildə icrasına töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az