İran prezidenti Məsud Pezeşkian Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Tenranın müharibənin davam etdirilməsində maraqlı olmadığını, lakin təcavüzün davam edəcəyi təqdirdə qəti cavab verəcəyini bəyan edib.
Demokrat.az bildirir ki, Pezeşkianın sözlərinə görə, İran ABŞ-la danışıqlar da daxil olmaqla, vəziyyətin diplomatik yolla həllinə ümid edirdi, lakin İsrailin İran ərazisinə endirdiyi zərbə bu gözləntiləri puç etdi. “Biz bu müharibəni başlamamışıq və davam etməsini də istəmirik, lakin təcavüz davam edərsə, sərt cavab vermək məcburiyyətində qalacağıq”, deyə o vurğulayıb.
İran prezidenti İsrailin hücumunun Vaşinqtonun icazəsi olmadan baş verə bilməyəcəyinə əminliyini ifadə edib və Təl-Əvivi ABŞ-ı müharibəyə sürükləmək və İran və onun regional tərəfdaşları arasında nifaq salmaq cəhdində ittiham edib.
O, Misir prezidentini əmin edib ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.
Əs-Sisinin İranın nüvə proqramının şəffaflığı ilə bağlı sualını cavablandıran Pezeşkian Tehranın beynəlxalq normalara sadiq qaldığını və nüvə silahı yaratmaq məqsədini güdmədiyini təkrarlayıb. O, bu məsələlərin Amerika tərəfi ilə danışıqlarda da qaldırıldığını vurğulayıb.
“İran əmindir ki, sülh və sabitlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Biz bütün regionu firavanlıq məkanına çevirməyə çalışırıq”, – o əlavə edib.