YapiKredi Müraciət Forması
Kriminal Özəl

Qardaşının başına stəkan çırpdı — İş məhkəməyə getdi

Qardaşının başına stəkan çırpdı — İş məhkəməyə getdi

Bakının Sabunçu rayonunda 58 yaşlı kişi qardaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yeni Yaşayış Massivində baş verib.

Lənkəran rayon sakini, 1968-ci il təvəllüdlü Qulu həmin ərazidəki nömrəsiz fərdi evin qonaq otağında qardaşı Əhməd (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Qulu qəsdən masanın üzərində olan şüşə stəkanı götürərək qardaşının başına vurub və ona xəsarətlər yetirib.

Bu hərəkətlərinə görə Quluya Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını bildirib. Zərərçəkmiş də ifadəsində qardaşı ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor