YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Kirayə qalanların bilmədiyi hüquqları — Hüquqşünas açıqladı

Kirayə qalanların bilmədiyi hüquqları — Hüquqşünas açıqladı

Kirayə mənzillərlə bağlı münasibətlərdə ev sahibi ilə kirayəçi arasında müxtəlif mübahisələr yaranır. Bəzən mənzil sahibi kirayə verdiyi evə istədiyi vaxt daxil ola biləcəyini düşünür.

Kirayəçinin razılığı olmadan mənzilə daxil olmaq qanunla mümkündürmü? Ev sahibinin hüquqları harada bitir, kirayəçinin şəxsi həyatının toxunulmazlığı necə qorunur?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a söyləyib ki, kirayəyə verilmiş mənzil ev sahibinin mülkiyyəti olsa da, bu, ona mənzilə istədiyi vaxt və kirayəçinin razılığı olmadan daxil olmaq hüququ vermir.

Kirayə qalanların bilmədiyi hüquqları — Hüquqşünas açıqladı

Onun sözlərinə görə, mülkiyyət hüququ kirayəçinin şəxsi həyatının toxunulmazlığı və mənzildən qanuni istifadə hüququ ilə məhdudlaşır:

"Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, şəxsin iradəsi ziddinə mənzilinə daxil olmaq yolverilməzdir. Bu prinsip kirayəçinin istifadə etdiyi mənzilə də şamil olunur. Ev sahibi mənzilin vəziyyətini yoxlamaq, təmir işləri aparmaq və ya digər zəruri məsələləri həll etmək üçün kirayəçi ilə əvvəlcədən razılaşmalıdır. Qəza, yanğın və ya insanların həyatı üçün təhlükə yaradan təcili hallarda isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla istisnalar mümkün ola bilər".

Hüquqşünas əlavə edib ki, ev sahibi mənzilin mülkiyyətçisi, kirayəçi isə həmin yaşayış sahəsinin qanuni istifadəçisidir:

"Tərəflərin hüquqları qarşılıqlı hörmət və qanun çərçivəsində həyata keçirilməlidir. Ev sahibinin mülkiyyət hüququ kirayəçinin şəxsi həyatına müdaxilə üçün əsas deyil".

FH
Fidan Hacızadə
Müxbir