"Hələ ki, III qrupda balların qalxacağını demək düzgün deyil. Çünki blok imtahanından tarix fənninə görə abituriyentlər elə də yaxşı nəticə göstərmədilər. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə xanım çıxışında balların 3-5 bal artacağını qeyd etsə də, əslində imtahanın 2-ci cəhdinin nəticələri bəlli olmadan bu fikri səsləndirmək düzgün deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.
O bildirib ki, görünür, Məleykə xanımın bu çıxışı hardasa 2-ci cəhd imtahanının nisbətən asan olacağına dair bir siqnaldır:
"Bu halda belə 3-5 bal artım elə də ciddi rəqəm deyil. III qrupda balların qalxması məsələsində ilk növbədə hüquqşünaslıq ixtisası nəzərədə tutulur. Bu qrupun prestijini məhz bu ixtisas müəyyənləşdirir. Qeyd edim ki, bu il III qrupda açılacaq yeni ixtisas olan Dövlət təhlükəsizliyi və idarəetmə ixtisasının da balının hüquqşünaslıq qədər yüksək olması gözlənilir.
Eləcə də bu qrupda balların artması xüsusi təyinatlı müəssisələrdə - DTX Akademiyası və Polis Akademiyasına qəbulda da özünü göstərir. III qrupda bal artımı əsasən pedaqoji ixtisaslarda özünü göstərir. Ümumiyyətlə, bu il III qruplarda sensasiyalı artımdan söhbət gedə bilməz.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin sədri bildirib ki, III qrup üzrə ixtisaslarda balların artması gözlənilir.
Əfsanə Kamal
Demokrat.az