Hibrid avtomobillərin ölkəyə gətirilməsinə edilən güzəştlər bu tarixdə başa çatır

AVTO 19 iyun 2025, 10:27
"Bu güzəştlərin nəinki müddətinin uzadılması, daha da genişləndirilməsi lazımdır. Ölkəmizdə avtopark çox köhnədir. Ekoloji bərbad vəziyyətdə olan avtomobillərin sayı çoxdur. Elektrik avtomobillərinin gətirilməsinə edilən güzəştlər 3 il yox, hətta 5 illik olmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 


"Güzəştlər tətbiq olunarsa, ölkənin avtomobil parkının yenilənməsi və daha ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinə səbəb ola bilər. 

3 illik avtomobillər çox bahadır. İnsanların çox zaman buna maddi olaraq gücü çatmır. 5 illik avtomobillərin gətirilməsinə güzəşt tətbiq edilsə, xaricdən daha uyğun qiymətə avtomobillər gətirmək mümkün olacaq".

Qeyd edək ki, 2026-cı il yanvarın 1-də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər başa çatır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top