Mahir Emreli İngiltərə klubuna keçəcəkmi?

İDMAN 13 iyun 2025, 11:18
İngiltərənin "Hall Siti" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə təmasa keçib.

Demokrat.az-
ın məlumatına görə, sportinfo.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 27 yaşlı futbolçunun keçidi sayəsində hücum xəttini gücləndirəcəyini düşünür.

“Hall Siti”ni Emreliyə yaxınlaşdıran iki əsas məqamdan biri komandanın yeni baş məşqçisi Sergej Yakiroviçin daha əvvəl hücumçumuzla Zaqreb “Dinamo”sunda birgə çalışması, digəri isə oyunçunun azad agent statusu daşımasıdır.

Yakiroviç şəxsən rəhbərlikdən həmyerlimizi sərəncamında görməyi tələb edib. Ancaq onun transfer siyahısında başqa hücumçular da var.

Əgər Emreli qısa müddətdə cavab verməsə, o zaman ingilislər siyahıdakı digər variantları nəzərdən keçirməyə başlayacaq.

Mahir Emreli geridə qalan mövsümün sonunda Almaniyanın Bundesliqa-2 klubu “Nürnberq”dən ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top