“Təhsil barəsində fərqli, bəzən ziddiyətli fikirlərin bölüşülməsi normal haldır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bu, tədris məsələsinin, təhsilin keyfiyyəti məsələsinin cəmiyyətin diqqətində olduğunu göstərir:
“Hər kəs onu daha yaxşı görmək istəyir. Bu baxımdan müxtəlif mütəxəssislərin, dövlət nümayəndələrinin təhsillə bağlı vaxtaşırı təhsillə bağlı fikir bildirməsini, hansısa təkliflər etməsini təqdir edirəm. İnanıram ki, Azərbaycan təhsilini zamanla daha yüksək səviyyəyə qaldıracağıq”.

Xatırladaq ki, DİM sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bilikli müəllim çatışmazlığı olduğunu deyib:
“Biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Yoxdur. Bir sinifdə 35 bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük. Və görürük ki, elə bilikli müəllimlər çatışmır”.
Cavidan Mirzəzadə
Demokrat.az