Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.
Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlama deyib ki, türk dövlətləri süni intellekt sahəsində birgə inkişaf və texnoloji tərəqqini təmin etmək məqsədilə əməkdaşlıq istiqamətində mühüm addımlar atırlar:
“Türk dövlətləri arasında süni intellekt sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qanunvericilik, infrastruktur, təhsil və biznes sahələrini əhatə edən kompleks təşəbbüslər həyata keçirilir.
2024-cü ilin iyulunda Türkiyə 71 maddədən ibarət yenilənmiş Milli Süni İntellekt Strategiyasını qəbul edib. Strategiyada türk dillərinin qorunması və inkişafı məqsədilə “Böyük Türk Dili Modeli”nin yaradılması xüsusi yer tutur.
Azərbaycan isə 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasını təsdiqləyib. Proqram süni intellektin bütün sahələrə inteqrasiyası və sahibkarlığın bu sahəyə cəlbini nəzərdə tutur. Türk Dövlətləri Təşkilatının Qarabağ Bəyannaməsində qeyd olunur ki, böyük dil modellərinin yaradılması, təhsil və səhiyyə texnologiyalarının inkişafı, eləcə də iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün ortaq Sİ platformalarının formalaşdırılması vacibdir”.
Ekspert qeyd edib ki, bu ilin oktyabrında Bişkekdə keçiriləcək Türk Dövlətlərinin Süni İntellekt üzrə Sammiti əməkdaşlıq üçün mühüm mərhələ olacaq:
“Sammitdə strateji inkişaf planları, innovasiyaların təşviqi, etik və hüquqi məsələlər, eləcə də türk dillərinin Sİ vasitəsilə qorunması və inkişafı müzakirə ediləcək.
Dövlət resurslarının məhdudluğu fonunda süni intellekt layihələrinin davamlı inkişafı üçün biznes sektorunun və sahibkarların bu sahəyə aktiv şəkildə cəlb edilməsi zəruridir. Bu məqsədlə investisiyaların təşviqi istiqamətində təşəbbüslər genişlənir. Türk dövlətlərinin bu sahədə birgə səyləri regionun texnoloji potensialının artırılmasına və rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə xidmət edir”.
Leyla Turan
Demokrat.az