Azərbaycanda mövsümi qrip infeksiyasına yoluxma hallarında artım var. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq edib.
Həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında deyib ki, havaların qeyri-sabit keçməsi və insanların kütləvi şəkildə bir araya toplaşması respirator xəstəliklərin, xüsusilə də qrip infeksiyasının yayılma riskini artırır:
“Bu, xüsusilə bayram günlərində və ictimai tədbirlər zamanı daha da aktuallaşır. Qrip virusu əsasən hava-damcı yolu ilə, yəni öskürək, asqırıq və danışıq zamanı yayılan damcılar vasitəsilə insandan insana keçir. Qapalı və sıx məkanlarda bu yoluxma riski daha yüksəkdir. Bundan əlavə, virusla çirklənmiş səthlərə toxunmaq da yoluxma riskini artırır. Qripdən qorunmaq üçün tövsiyə olunur ki, əllər tez-tez sabunla yuyulsun və ya dezinfeksiyaedici məhlullardan istifadə edilsin. İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə maska taxmaq yoluxma riskini azaldır”.
Həkim əlavə edib ki, sağlam qidalanmaq, bol maye qəbul etmək və həkim məsləhəti ilə vitamin komplekslərindən istifadə etmək lazımdır:
“Qurban bayramı kimi tədbirlər zamanı qoyun ətinin çox tükədilməsi, xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün əlavə risk yarada bilər. Bu, qan təzyiqinin yüksəlməsi və şəkərli diabet xəstələrinin vəziyyətinin pisləşməsi ilə nəticələnə bilər. Bu səbəbdən, bayram günlərində qida rasionuna diqqət yetirmək və sağlam qidalanma prinsiplərinə riayət etmək vacibdir. Qrip əlamətləri hiss edildikdə, həkimə müraciət etmək və özünü təcrid etmək tövsiyə olunur. Unutmayın ki, sadalanan tədbirlərə əməl etməklə qrip və digər respirator infeksiyalardan qorunmaq mümkündür”.
Leyla Turan
Demokrat.az