Kartdan kredit götürüb, qurban kəsmək olar? — İlahiyyatçı DANIŞDI

GÜNDƏM 06 iyun 2025, 13:55
Günümüzdə insanlar gündəlik xərclərini ödəmək üçün kredit kartlarından, hətta kiçik BOKT-lardan kredit çəkirlər. Eyni zamanda, qurbanlıq qoyun almaq, qurban kəsdirmək üçün də bu vasitələrə əl atanlar az deyil. Bəs bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Demokrat.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, qurban kəsmək üçün kredit, sələm və borc götürmək məqbul deyil:


“Yəni, imkansız adamın yalnız qurban alıb kəsməsi üçün kredit götürməsi doğru deyil. Amma indiki dövrdə demək olar ki, əksər insanların işlərini müxtəlif kreditlər vasitəsilə həyata keçirdiyini nəzərə alaraq deyə bilərik ki, ümumi işlər üçün götürülmüş kredit pulundan qurban kəsmək olar.Biznesmenlər, iş adamları var ki, yüksək məbləğdə kredit götürüb yatırım edir, iş görürlər. İndi onlar necə qurban kəsməyə bilər? Demək, krediti olan bu şərtlə qurban kəsə bilər ki, krediti imkansızlıqdan deyil, varını daha da artırmaq üçün götürüb. İmkanı olmayıb yalnız Qurban bayramında qurban kəsmək üçün kredit götürmək düzgün olmaz. Kredit kartlarından və bu kimi, artıq məişətimizin təbii tələbinə çevrilmiş vasitələrdən istifadə edərək qurbanlıq almaq olar.”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top