İran ABŞ-ın nüvə təklifini rədd edir

DÜNYA 02 iyun 2025, 18:32
İran ABŞ-ın nüvə təklifini rədd etməyi planlaşdırır. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Reuters"ə yüksək rütbəli iranlı diplomat məlumat verib.

Mənbənin sözlərinə görə, Tehranın cavabı Vaşinqtonun təklifinin rədd edilməsi kimi şərh edilə bilər.  Diplomat qeyd edib ki, Amerikanın İranda uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama yoxdur.

“The Wall Street Journal” yazıb ki, İran belə bir razılaşmanın tərəfləri yeni sazişə yaxınlaşdıra biləcəyinə inanır və nüvə silahı yaratmağa cəhd etməmək öhdəliyini daxil etmək istəyir. 


Əfsanə Kamal
Demokrat.az 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top