"Ankara Rusiya-Ukrayna münaqişəsinin həlli üçün ABŞ, Rusiya, Türkiyə və Ukrayna liderlərinin dördtərəfli görüşünü təşkil edə bilər".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı səfiri Tom Barak NTV telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ lideri Donald Trampın nizamlanma vaxtı ilə bağlı səbri tükənib.
"Ümumiyyətlə, onun çox da səbirli olduğunu deyə bilmərik. Türkiyənin prosesə qoşulması və bir sıra məsələlərin aradan qaldırılması ilə yüksəksəviyyəli görüş baş tuta bilər. Düşünürəm ki, problemin hər kəsə uyğun həllini tapa bilərik", - səfir bildirib.
Diplomat qeyd edib ki, mümkün zirvə görüşü məna kəsb etməlidir.
"Orada qəbul edilən qərarlar effektiv olmalı və təhlükəsizlik təminatlarını ehtiva etməlidir. Türkiyə liderlərin bütün tərəflər üçün ağlabatan həll yolu tapmaq üçün müzakirə etməli olduqları məsələlərin dairəsini daraltmağa kömək edə bilər", - T.Barak vurğulayıb.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarla bağlı səfir qeyd edib ki, onun fikrincə, Türkiyə mühüm rol oynaya bilər.
"Bu mənasız müharibələr hamımız üçün fəlakətdir. Türkiyənin Rusiya və Ukrayna ilə əməkdaşlıq ənənəsi var ki, bu da ona mühüm dialoq qurmağa imkan verir", - diplomat bildirib.