"Bunu dərk edəndən sonra məzarımı qazdırdım" — VİDEO

ŞOU-BİZNES 04 iyun 2025, 23:33
"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz, ölüm ancaq qonşu, qohum üçündür?". Mən bunu dərk edəndən və sonra valideynlərimin məzarının yanında özüm üçün məzar qazdırdım".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Gün ortası" verilişində deyib. Sənətçi qazdırdığı məzarı özü üçün dərs hesab etdiyini bildirib:

"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir. Gedib baxıram və özümə deyirəm ki, heç kimin xətrinə dəymə ha, bura gələcəksən. Yaxınlarımız qoyub gedəcək bizi, bəlkə də səni dəfn etdikdən sonra qonaqlığa gedəcəklər. Hamı gedəcək, qalacaqsan sən və Allahın.

Çox şeyləri də fikirləşmişəm. Elə biri olur ki, dünyasını dəyişir və həmin gün yağış tökür göydən. "Bunun da qəbrini qazmaq lazımdır. Bel vura-vura, vaxt tapdın ölməyə?" deyirlər. Şansımız ondadır ki, Allahımız rəhmlidir. Məni çox bəlalardan saxlayıb. İnşallah, Allah hamımızın günhlarını bağışlayacaq".

 

DİGƏR XƏBƏRLƏR

Top