"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"

ŞOU-BİZNES 06 iyun 2025, 11:33
"İnsan var ki, yutubda 30 milyon baxışı var, amma deyir, mənim telefonuma pul vurarasan? Eləsi də var ki, baxışı yoxdu, amma pulunu qazanır, işini qurub, hörməti var, yaşayır və yaradır. Hazırda heç bir yutub şirkəti ilə işləmirəm. Hətta yerli-dibli bağlamaq istəyirəm. Əsas odur ki, oxumağa yerim var. Bəziləri yutubda baxış toplayır, amma yer yoxdu oxumağa. Danışanda deyir, trend olmuşam, milyonlarım var".

Demokrat.az
xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gün ortası" proqramında deyib. Sənətçi yutub şirkətlərindən şikayətlənib:

"Yutub şirkətləri, heç birinizdən qorxmuram. Hamısı özünü əlçatmaz aparır: görüşə gəlmir, telefona cavab vermir. Sizi Allaha tapşırmışam. Bu, cəfəngiyat nə zamana qədər davam edəcək? Mahnı çıxaranda vecimə də deyil, baxış olmasın. Dəvətim də var, toyum da. Səhnədə tamaşaçı ilə işləməyi bacarıram. Xalq artistləri var, reklama pul xərcləyirlər. Reklama verəcəyim pulla gedib qızıl alıram. Baxış sayı olan müğənnilər efirə pulla çıxır, toya da dəvət olunmur. Hansısa tədbirə gedəndə onlar qalır kənarda. Üstümdə qırğındı, yutubla sənətə gəlməmişəm". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top