"Belə kişilərdən heç xoşum gəlmir"

ŞOU-BİZNES 05 iyun 2025, 19:39
"Ailə qurmaq, uşaq istəyirəm. Amma məni bu istəkdən soyudublar. Ana olmağı o qədər çox istəyirəm. Amma təəəssüf ki...".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Xəbərin var?" verilişində deyib. Sənətçi ailə qurmaq istəyindən danışıb. Pərvin həyatında sevdiyi şəxs olduğunu deyib: 

"Ailə qurmaq məcburi deyil. Diqqətimi çəkən biri var ki, başqası mənə lazım deyil. Deyirlər, bu qədər toya getmişəm, pul yazdırmışam. Bir modelə pul verim, gəlib otursun yanımda. O qədər saxta toy olur ki... Belə toya dəvət almışam da, amma getməmişəm".

Pərvin bəyəndiyi kişi obrazından söz açıb: 

"Çox gülən, zarafat edən, hər söhbətə atdanban kişini sevmirəm. Kişi ciddi, qadın boşboğaz olmalıdır. Qadında şıltaqlıq olar, kişiyə bunu yaraşdırmıram.

Bunu deyəndə qadınlar məni qınayıram: mən güclü kişini sevirəm. Pulu, qolu yox, xasiyyət baxımından güclü olmalıdır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top