Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Pautina” kod adlı xüsusi əməliyyatı Rusiya tərəfindən mülki infrastruktur və əhaliyə qarşı davam edən hücumlar fonunda təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal "France 24” telekanalına müsahibəsində bu cür əməliyyatların təkrarlana biləcəyini bildirib.
Baş nazirin sözlərinə görə, Ukrayna üçün bu, çox məqsədyönlü hərbi əməliyyat olub, xüsusilə də sülh danışıqlarının nəticə vermədiyi bir şəraitdə.
"Biz artıq iki aydır tam atəşkəs təklif edirik, lakin ruslar hələ də razılaşmır. Onlar Ukraynaya hər gecə, hər gün hücum edirlər, mülki infrastruktura qarşı raket və dron zərbələri davam edir. Bizim seçimimiz yoxdur – onların hərbi potensialını məhv etməli və bu imkanları onların əlindən almalıyıq”, – Şmıqal vurğulayıb.
O bildirib ki, "Pautina” əməliyyatı müharibədə innovasiyaların və yeni texnologiyaların həlledici rol oynadığını sübut edir. Texnologiyalar döyüş meydanını dəyişir və Ukraynanın bu imkanları inkişaf etdirmək üçün daha bir çox ideyaları var:
"Bu, sadəcə epizod deyil, bu təkrarlana bilər. Biz əzmlə işləməyə davam edirik. Artıq Qara dənizdə nəticələri görürsünüz, biz hava məkanımızı rus bombardmançılarından azad edirik”.
Bununla yanaşı, Şmıqal qeyd edib ki, Ukraynanın işğal olunmuş ərazilərdə və sərhəd yaxınlığında Rusiyanın logistik imkanlarını məhv edə bilməsi üçün müttəfiqlərdən uzaqmənzilli raketlərə ehtiyacı var.