Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsünü üçüncü dəfə partladıb.
Bu barədə UTX-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, əməliyyat bir neçə ay davam edib - körpünün dayaqları minalanıb, bu gün də ilk partlayıcı qurğu işə salınıb.
"Dayaqlar ciddi şəkildə zədələnib. Bunun üçün trotil ekvivalentində 1100 kiloqram partlayıcı maddə istifadə olunub. Hazırda körpü qəza vəziyyətindədir", - deyə məlumatda qeyd olunub.
Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri Vasıl Malukun birbaşa nəzarəti altında həyata keçirilib.
Maluk bunu Krım körpüsünə qarşı həyata keçirilən üçüncü uğurlu əməliyyat adlandırıb:
"Atalar üçdən deyib, UTX isə başladığı işi sona çatdırır və heç vaxt təkrarlanmır. Biz 2022 və 2023-cü illərdə artıq iki dəfə Krım körpüsünə zərbə endirmişdik. Bu gün isə bunu sualtı üsulla davam etdirdik. Krım körpüsü, xüsusilə də düşmənin onu logistika dəhlizi kimi istifadə etdiyini nəzərə alsaq, tamamilə qanuni hədəfdir", - deyə qurum rəhbəri bildirib.
Hazırda körpüdəki vəziyyət və zərərin miqyası ilə bağlı əlavə araşdırmalar aparılır.