Məscidin həyətindən 10 günlük körpə tapıldı

DÜNYA 03 iyun 2025, 14:31
Türkiyənin Konya vilayətində ürək ağrıdan hadisə baş verib. Bir məscidin həyətində 10 günlük körpə tapılıb.

Demokrat.az türk mediasına istinadən xəbər verir ki, ərazidə olan sakinlər körpəni dərhal xəstəxanaya çatdırıblar. Həkim müayinəsindən sonra körpənin səhhətində hər hansı bir problemin olmadığı müəyyən edilib.

.Hadisə ilə bağlı araşdırma başladılıb. Körpəni orada qoyub uzaqlaşan gənc qadının kimliyinin müəyyən olunması üçün polis əməliyyat tədbirlərinə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyun 2025, 09:22
Top