“Prezidentin Macarıstana səfəri və sonrakı gün Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-formal zirvə görüşünün keçirilməsi olduqca vacib hadisədir. Görüş Azərbaycan ictimai gündəliyini çox pozitiv şəkildə zəbt etdi. Cənab Prezidentə Macarıstanın baş naziri Viktor Orbanın birgə bəyanatında çox vacib mesajlar var idi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, Macarıstan Avropa İttifaqında Azərbaycan əleyhinə bir çox normativlərə qarşı hər zaman Azərbaycanın yanında olub:
“Cənab Prezident çıxışında vurğuladı ki, 12 dövlətdən 10-u Avropa ölkəsidir, 10 dövlətdən 8-i Avropa İttifaqının üzvüdür ki, Azərbaycan bilavasitə həmin dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir.
Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda yaranan enerji təhlükəsizliyi gərginliyində Azərbaycan Avropa ölkələrinə həyatı əhəmiyyətli dəstək göstərir. Baş Nazir bildirdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Macarıstanın iqtisadi itkisi 20 milyard avrodan çox olub. Macarıstan tərəfi sırf bu səbəbdən müharibənin tezliklə dayandırılmasını istəyir.
Təəssüf ki, Avropa İttifaqı müharibəni bitirmək əvəzinə genişləndirməyi nəzərdə tutur. Orban bildirdi ki, mövcud sanksiyalar Avropanın inkişafını və bazar iqtisadiyyatının təməlini sarsıdır. Bu vəziyyətdə Macarıstan daha müstəqil siyasət yürütmək yolunu seçdi və Brüsselin kəskin təsirlərinə məruz qaldı.
Bu təsirə qarşı duruş nümayiş etdirən Macarıstana Azərbaycanın da böyük köməyi oldu. Avropada artıq vahid strategiya yoxdur. Bu gün Avropa enerji, humanitar və miqrasiya sahəsində böhran yaşayır. Baş nazir xüsusilə vurğuladı ki, Azərbaycan olmasaydı, Macarıstan enerjiyə 3-4 dəfə daha çox pul xərcləmiş olardı. Avropanın tam mərkəzində TDT-nin zirvə görüşünün keçirilməsi siyasi əhəmiyyət kəsb edir.
O bildirib ki, Avropa çalışırdı ki, anti-türk meyillərini gücləndirməklə türk dünyasına xələl gətirmiş olsun:
“Müsəlman ölkəsi olmayan Macarıstan öz köklərinə bağlı olaraq rəsmi Brüsselin təzyiqlərinə duruş gətirdi. TDT-nin müşahidəçi missiyasinda olan bir ölkənin bunu etməsi bütün türk dünyası tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanla Macarıstan arasında strateji münasibətlərə nəzər saldıqda görürük ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Münasibətlərin müxtəlif formalar üzərindən inkişaf etdirilməsində iki ölkə rəsmilərinin maraqlı olduğunu görə bilirik. Bu sadəcə açıqlamalarda deyil, ölkələrin bir-birinə qarşı xarici siyasət kursunda da özünü göstərir. Münasibətlərin inkişafı üçün türk həmrəyliyi də müsbət təsir göstərir. Münasibətlərin normallaşması TDT-nin möveqiyini Avropada möhkəmləndirəcək səviyyədədir”.
Əfsanə Kamal
Demokrat.az