"Xalq Bank"ın 2024-cü il üzrə audit hesabatı açıqlandı

MALİYYƏ 27 may 2025, 14:42

Ölkənin aparıcı banklarından olan ASC "Xalq Bank"ı 2024-cü il üzrə audit hesabatını təqdim edib.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini “böyük dördlüyə” daxil olan KPMG şirkəti aparıb. 

Hesabatda qeyd edilir ki, 2024-cü ilin 31 dekabr tarixinə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 181.3 mln. manat, qeyri-faiz gəlirləri isə 38% artaraq 58.7 mln. manat təşkil edib. Gəlir və xərclər fərqindən sonra mənfəət 82.4 mln. manat təşkil edib və bu məbləğin 16.5 mln. manat hissəsi mənfəət vergisi olaraq ödənilib. Bununla da konsolidasiya edilmiş xalis mənfəət 2024-cü ili üzrə 65.9 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə bu göstərici 64.6 mln. manat təşkil etmişdi (2% artım).

Konsolidasiya edilmiş aktivlərin həcmi hesabat dövrünün sonuna 3041.8 mln. manat təşkil etmişdir. Kredit portfelinin həcmi artaraq 1862.9 mln. manat, depozitlərin həcmi 1943.5 mln. manat təşkil etmişdir, cəmi kapital isə 501.1 mln. manata çatmışdır. 

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top