“Qarabağ” Azərbaycan Kubokunda mütləq rekordunun sahibidir

İDMAN 28 may 2025, 16:43
İndiyədək 8 dəfə Azərbaycan Kubokunun qalibi olan “Qarabağ” turnirin mütləq rekordunun sahibidir.

Demokrat.az
xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti statistika açıqlayıb.

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.

Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək əzmindədir.

Tarixində ilk dəfə final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.

Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” – 8, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top