Qriqorçuk yenə istefaya göndərildi

İDMAN 26 may 2025, 17:54
"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın LNZ klubundan istefaya göndərilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Qriqorçukun LNZ-dəki fəaliyyəti cəmi 5 ay çəkib.

Çerkassı təmsilçisi bu müddətdə Ukrayna çempionatında 13 oyun keçirib, 5 dəfə məğlub olub, 6 dəfə heç-heçə edib və cəmi 2 matçda qələbə qazanıb. LNZ Premyer Liqanı 31 xalla 16 komanda arasında 12-ci yerdə bitirib.

Qeyd edək ki, Qriqorçuk LNZ-dən əvvəl ötən ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi"də işləyib. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub. (qol.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top