Hazırda "Sent-Etyen"də çıxış edən İbrahima Vadji "Qarabağ"a qayıda bilər.
Demokrat.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Sent-Etyen"lə yeni müqavilə imzalamaqdan imtina edən seneqallı forvard Ağdam klubuna qayıtmaq istəyir. "Qarabağ"ın onu azad agent kimi heyətinə qatmaq niyyətində olduğu deyilir.
Qeyd edək ki, İbrahima Vadji 2021-2022-ci illərdə "Qarabağ"ın heyətində 36 oyunda 20 qol vurub. Ağdam klubu onu "Sent-Etyen"ə 1 milyon avroya satıb. Seneqallı forvard 2024/25 mövsümündə Fransa klubunun heyətində cəmi 10 oyuna çıxıb.