Azər Türk Bankdan uşaqlar üçün 20% cashback kampaniyası

MALİYYƏ 26 may 2025, 15:31

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.

Demokrat.az xəbər verir ki, 1 iyun 2025-ci il tarixindən etibarən ölkə daxilindəki:

·əyləncə mərkəzlərində

·oyuncaq mağazalarında

·kitab mağazalarında

·kinoteatrlarda

·teatrlarda

atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 20%həcmində cashback hesablanacaqdır.

Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.

Hesablanacaq maksimum cashback limiti 50 manat həcmindədir.Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055)

7770 945
, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top