Yelo Bank xidmət dairəsini genişləndirməkdə davam edir.
Bu dəfə Bank paytaxtın Zabrat qəsəbəsində müasir və rəqəmsal konseptli yeni filialını müştərilərin ixtiyarına verdi. Yelo-nun "Parlaq bankçılıq" yanaşmasına uyğun dizayn edilmiş filial innovativ xidmət imkanları və yüksək müştəri rahatlığı ilə fərqlənir.
Yeni filialda bank əməliyyatları rəqəmsal qaydada həyata keçirilir. Müştərilər burada nağd pul çıxarışı və mədaxili, kredit və kart sifarişi, biznes əməliyyatları, eləcə də kommunal və digər ödənişlər daxil olmaqla bir çox xidmətdən sürətli və fasiləsiz şəkildə yararlana bilirlər.
Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev yeni filial barədə fikirlərini belə ifadə edib: "Bizim üçün prioritet məsələ bank xidmətlərini hamı üçün daha əlçatan və rahat etməkdir. Zabrat filialımız əhalinin gündəlik ehtiyaclarına uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Əminik ki, bu filial yalnız Zabrat sakinlərinin deyil, ətraf ərazilərdə yaşayanların da bankçılıq təcrübəsini dəyişəcək. Rəqəmsal konsept isə nağdsız ödəniş vərdişlərinin artmasına mühüm təsir göstərəcək".
Yeni filial Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 64 ünvanında yerləşir. Qeyd edək ki, Bankın ölkə üzrə 22 xidmət mərkəzi ilə fəaliyyət göstərir. Yelo Bank gələcəkdə də xidmət şəbəkəsini genişləndirərək daha çox bölgəyə parlaq bankçılıq təcrübəsini gətirməyi planlaşdırır.
Mikro kredit online müraciət etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!