Zelenski Tramp və Putinlə üçtərəfli görüş keçirməyi təklif etdi

DÜNYA 28 may 2025, 17:00
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsini təklif edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Agence France Presse (AFP) məlumat yayıb.

Zelenski bu formatda danışıqlara hazır olduğunu bəyan edib:

"Putin ikitərəfli görüşdən narahatdırsa və ya hamı görüşün üçtərəfli olmasını istəyirsə, mən bunun əleyhinə deyiləm. İstənilən formata hazıram".

Həmçinin, Zelenski növbəti dəfə Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Ukrayna liderinin sözlərinə görə, o, artıq bu məsələni Trampla müzakirə edib.

Xatırladaq ki, Tramp Ukrayna ilə bağlı sülh razılaşması əldə oluna bilməsə, Rusiyanı bir neçə dəfə yeni sanksiyalar və sərt öhdəliklərlə hədələmişdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top