Övladınız yeməyi az çeynəyirsə, piylənmə qaçılmazdır

MARAQLI 26 may 2025, 20:08
Yaponiyanın Osaka Universitetinin alimləri çeynəmə vərdişlərinin uşaqlarda piylənməyə təsirini tapmaq üçün araşdırma aparıblar.

Demokrat.az
xəbər verir ki, araşdırmada 9-10 yaş arası təxminən 1400 uşaq iştirak edib.  

Müəyyən edilib ki, yeməyi az çeynəyən, eləcə də tez yeyən uşaqlar piylənməyə meyilli olurlar. Az çeynəyən və tez yeyən uşaqlarda isə piylənmə riski digərlərindən təxminən iki dəfə çox olub.

Bu vəziyyətin daha çox oğlanlarda müşahidə edildiyi üzə çıxıb. Araşdırma nəticəsində 167 uşaq “obez” kimi qiymətləndirilib. Araşdırma "Science Direct" saytında dərc olunub.


Əfsanə Kamal
Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top