“Elə sahələr var ki, o sahəyə mütəxəssis yetişdirmək üçün cəmi bir universitet var. Ona görə mən düşünürəm ki, qərb regionlarında mədəniyyət və incəsənət istiqamətində ali məktəb yaradılması düzgün olardı. Həmçinin aqrar sahədə cəmi bir universitet var. Şimal və cənub bölgələrindən aqrar ixtisaslara yiyələnmək istəyən gənclərin hamısının Gəncəyə toplaşmasına lüzum görmürəm. Daha bir Aqrar Universitet yaradıla bilər. Bu fikirlər, əlbəttə ki, şəxsi fikirlərimdir. Daha maraqlı təkliflər ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, mövcud universitetlərin hər birinin öz fəaliyyət istiqaməti var, onlara kömək edilməli, dövlət tərəfindən dəstək verilməlidir:
“Eyni zamanda düşünürəm ki, Bakıdakı universitetləri regionlara köçürmək yox, regionlardakı universitetlərdə tələbə sayını artırmaq lazımdır. Bu həm Bakının yükünü azaldar, həm də daha çox gəncin ali təhsil almasına kömək edər.
Regionlardakı universitetlərdə yerli təhsil işçilərindən daha çox, Bakıda fəaliyyət göstərən, tanınan elm və təhsil nümayəndələrinin dərs deməsi üçün həvəsləndirmə aparılmalıdır. Şəkidə və Qazaxda universitet yaradılması məsələsinə baxıla bilər. Hər iki region Azərbaycanın tarixən mədəniyyət və ictimai fikir mərkəzləri olub, tanınmış ziyalılar yetişdiriblər”.
Cavidan Mirzəzadə
Demokrat.az