“Röyanın Kann Kinofestivalına getməsində heç bir qəbahət görmürəm”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış kinorejissor Fariz Əhmədov deyib. O bildirib ki, bu festivallara həm kinematoqrafçıların, həm digərlərinin iştirakı ölkəmizin təbliği deməkdir:
“Kann kinofestivalı dünyanın aparıcı kinofestivallarından biridir. O hər il ətrafına tanınmış kinematoqrafçılarla yanaşı dünyadan müxtəlif sənət sahələrindən ulduzları yığır. Festivalın içində müxtəlif tədbirlər keçirilir, sponsorların keçirdiyi tədbirlər, biznes forumlar var. Ona görə hesab edirəm ki, Röya xanımın bu festivalda iştirak etməsində heç bir qəbahət yoxdur. Ölkənin aparıcı ulduzlarından biridir, bəlkə də birincisidir. Adam neçə ildir bu sahədə iş görür, burada heç bir qəbahətli iş görmürəm”.
Cavidan Mirzəzadə
Demokrat.az