Hər il təqvim üzrə güzgü və özəl tarixlərdə istər dövlət, istərsə də özəl klinikalarda doğuş bumu yaşanır. Bütün ginekoloqlar təcili keysəriyyə götürür. Çünki övladını belə tarixlərdə dünyaya gətirmək istəyənlər çoxdur.
Dünyada belə bir tendensiya bəlkə də təkcə Azərbaycandadır. Çünki digər ölkələrdə həkim ginekoloq pasiyentin və ailənin tələbi, istəyi ilə gün seçmir, göstəriş və protokollara ciddi əməl edir.
Bu tendensiya son 5 ildir daha da dərinləşib. Hər il 8 mart, 10 may, 05.05.2025 və s, eləcə də ya atanın, ya ananın ad gününə keysəriyyə salınması halları artır.
Bu günlərdə klinikalarda eyni vaxtda 5 hamilə birdən əməliyyata girir, doğulan körpələrin sayı artır, klinikalarda sıxlıq olur. Özəl günlərdə keysəriyyə istəyənlər üçün xidmət 100-200 manat da baha başa gəlir. Bu tələbi də klinikalar qoyur.
“Medicina” az mövzu ilə bağlı uzman ginekoloq Rəşad Sultanın fikirlərini öyrənib. Həkim tarixə görə körpənin vaxtından əvvəl götürülməsinin əleyhinə olduğunu bildirib.

“Bu məsələyə birtərəfli yanaşmaq istəməzdim. Birincisi, planlı keysəriyyələrdə müəyyən vaxt aralığı qoyulub.
Bu, elmi, tibbi cəhətdən və Səhiyyə nazirliyinin tələbinə görə də, keysəriyyə 39-40 həftəyə salınır.
Bu 1 həftə aralığında xəstə tarix seçə bilər, əgər xüsusi rəqəmlər bu həftəyə düşürsə, 1-2 gün tez və ya gec planlamaq olar.
Burda sağlamlıq baxımından problem yoxdursa, ola bilər. Həkim pasiyentə təqvimlə konkret bir tarix də məcbur edə bilməz.
39-40 həftə içində hansı tarix olursa olsun, uşağın və ananın sağlamlığına təsir göstərməməlidir.
Yox əgər, bu həftədən aşağıdır, 37 həftədir, 38 həftədir, pasiyent məhz 25.05.2025 olsun deyə o tarixə salmaq üçün həkimi də məcbur etsin, xəstəxana tələblərini dəyişsin, körpənin sağlamlığını təhlükəyə atsın, bu qəti yolverilməzdir.
Bu dəfə 25.05 tarixi bazar gününə düşür, ümumiyyətlə, planlı keysəriyyələr bazar gününə salınmır, çünki orda tam personal olmur, növbətçi həkimlər olur.
Tarixlə manipulyasiya edərkən, ana və dölün sağlamlığına təsir edirsə, həkimlər buna getməməlidir”.

Həkim bildirdi ki, bəzən pasiyentlər həkimə qulaq asmaq istəmir, ya da həkimlər özünü bilməməzliyə qoyur. Çox zaman belə xəstələrə imtina edəndə, gedib başqa yerdə etdiriblər, hətta sonra həkimə acıq da verirlər. Belə hərəkətlər nəinki həkim etikasına, insanlığa da yaraşmır.
“İnsanın öz peşəsinə, özünə hörməti olmalıdır. İstər pasiyent, istər həkim, özümə hörmət qoymadan bu ömrü yaşayıb 3 manat artıq qazanıb, qabağa düşməkdənsə, tüpürüm o pula da, həyata da. Uşağın doğum tarixi maşın nömrəsi, telefon nömrəsi deyil. Biri uşağım filan bürcdən olsun deyir, biri numerologiya edir, biri rəqəmləri güdür. İnsanlar özlərindən elə şeylər çıxarırlar….”.
Ginekoloq bildirdi ki, vaxtından xeyli əvvəl dəbə xatir xüsusi gündə doğulan uşaq vaxtından əvvəl doğulmuş hesab olunur:küvezə də düşə bilər, ağırlaşa da bilər, hətta ölə də bilər.
" Burda candan söhbət gedir. Qadının öz qarnındakı uşağın sağlamlığına biganəlikdən söhbət gedir, həkimin də öz peşəsinə, özünə hörmətsizliyindən…”.