Blogerlərə XƏBƏRDARLIQ — “2000 manat cərimə OLUNACAQLAR”

GÜNDƏM 24 may 2025, 09:22
Sosial şəbəkələrdə bloger və influenserlərin paylaşdıqları reklam məzmunlarına dair yeni tələblər gündəmdədir. Artıq reklam xarakterli paylaşımlarda “reklam”, “sponsorluq”, “tərəfdaşlıq” və ya “reklam hüququ əsasında” kimi qeydlərin göstərilməsi məcburidir. Üstəlik, qanuna əsasən artıq hər bir bloger və influenser VÖEN sahibi olmalıdır:

Bəs bu qaydanı pozanlar hansı məsuliyyətə cəlb ediləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu tələblər “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda açıq şəkildə əks olunub. Qanunun 13-cü maddəsinə əsasən, reklam məqsədilə könüllü vəsait ayıran şəxslər sponsor hesab olunur və bu, ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir.

Vəkilin sözlərinə görə, gizli reklamlar qanunvericiliklə qadağandır və bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 428.2-ci maddəsinə əsasən cərimələnirlər:

Vəzifəli şəxslər üçün 300–500 manat, hüquqi şəxslər üçün 1000–2000 manat cərimə nəzərdə tutulub.

Ramil Süleymanov qeyd edir ki, bu dəyişikliklər olduqca məqsədəuyğundur:

“Reklam verən şirkətlər influenser və blogerlərlə yalnız xidmət müqaviləsi əsasında əməkdaşlıq etməlidir. Əks halda bu hallar vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirilir və əlavə məsuliyyət doğurur.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top