Mayın 24-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya ordusu tərəfindən çox kombinasiyalı hava hücumları edilib.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinin məlumatına görə, Kiyevdə gecə boyu güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb.
Hazırda Fövqəladə Hallar üzrə Dövlət Xidməti aviazərbələrin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir.
“Mayın 24-nə keçən gecə Kiyev komkiadze dronları və ballistik raketlərin növbəti hücumuna məruz qalıb”, - deyə məlumatda bildirilir.
Zərərsizləşdirilən dronlar və ballistik raketlərin qalıqları Kiyevin bəzi ərazilərində fəsadlar yaradıb. Paytaxtın Solomonski, Obolon, Svyatoşin, Şevçenko, Dnepr rayonlarında yaşayış binaları və qeyri-yaşayış əraziləri ziyan görüb. Hava hücumu zamanı azı 15 nəfər yaralanıb. Həmçinin Obolon rayonu ərazisində ticarət mərkəzinə də ziyan dəyib. Azı 5 avtomobil yanıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, mayın 24-nə keçən gecə Rusiya ballistik raketlərdən və hücum dronlarından eyni vaxtda istifadə etməklə Ukraynaya kütləvi hücuma keçib.
Qeyd olunub ki, Rusiya müxtəlif istiqamətlərdən hücuma keçib, əsas hədəf yenə də Kiyev olub. Mayın 23-dən başlayaraq Ukraynaya “İskəndər-M/KN-23” tipli 14 ballistik raket atılıb. Bundan əlavə, gecə ərzində Rusiya şimaldan, şərqdən və cənubdan “Şahed” tipli 250 hücum pilotsuz təyyarəsi və müxtəlif tipli imitasiya pilotsuz təyyarələri ilə hücuma keçib. Hava hücumunu dəf etmək üçün Ukrayna zenit müdafiəsinin bütün komponentləri iştirak edib. Silahlı Qüvvələr 6 ballistik raketi (hamısı Kiyevdə) vurmağa və 245 pilotsuz uçan aparatı zərərsizləşdirməyə nail olub.
Kiyevlə yanaşı, həmçinin Dnepropetrovsk, Odessa və Zaporojye vilayətləri atəşə tutulub.