Tanışına SIM-kart almağa kömək etdi: Adına 200 MİN manat borc gəldi — VİDEO

SOSİAL 24 may 2025, 13:38
Paytaxtın Biləcəri qəsəbə sakini Kamran Hidayətovun tanışına olan inamı onun başına iş açıb. O, sadəcə SIM-kart almağa kömək etdiyi tanışı sayəsində özünün xəbəri olmadan şirkət sahibi olub və nəticədə külli miqdarda borcu yaranıb.

Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Kamran Hidayətovun sözlərinə görə, adi bir SIM-kartla başına bu cür oyun açılacağını heç vaxt düşünməyib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür halların sayı son vaxtlar artmaqdadır.

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd olunub ki, Kamran Hidayətov tərəfindən polis orqanlarına müraciət daxil olmadığı üçün məsələ ilə bağlı hər hansı tədbir görülməyib. Vətəndaşın mütləq şəkildə polisə müraciət etməsi tövsiyə olunur.

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top